Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına “stop” qoyuldu

Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına “stop” qoyuldu
Gündəm 17 Oktyabr 2025 19:50

Barəsində Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət işi açılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bütün ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət qoyulub. Sitat.info “Gununsesi.info”ya istinadən xəbər verir ki, bunlar Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu Teymur Mehdiyev, qızı Kamilə Əliyevadır.

Məlumatda, həmçinin Mehdiyevin kürəkəni sabiq deputat İlham Əliyevin də ölkədən çıxışına qadağa qoyulduğu deyilir.