Şıxlinski bu tarixədək həbsdə qalacaq

Şıxlinski bu tarixədək həbsdə qalacaq
Gündəm 10 Oktyabr 2025 12:38

Yekaterinburqda yerləşən Sverdlovsk vilayət məhkəməsi Ural bölgəsindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskinin həbsdə qalması barədə qərarı qüvvədə saxlayıb.

Sitat.info  xəbər verir ki, bu barədə Ura.ru saytı məlumat yayıb.

Bildirilib ki, məhkəmə qapalı iclasda iş materiallarını araşdıraraq apellyasiya şikayətini təmin etmək üçün əsas görməyib.

Nəticədə, Şıxlinski dekabrın 30-dək həbsdə qalacaq.