Tramp və Szinpin nələri müzakirə etdi?

Tramp və Szinpin nələri müzakirə etdi?
Gündəm 19 Sentyabr 2025 19:46

Çin lideri Si Szinpin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. 

Sitat.info xəbər verir ki, bu barədə Çinin yerli mətbuatı məlumat yayıb.

Danışıqların təfərrüfatı hələlik məlum deyil.

***

Çin sədri Si Szinpin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı konstruktiv, praqmatik və müsbət olub.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

İki lider Çin-ABŞ münasibətləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmimi və ətraflı fikir mübadiləsi aparıblar.