Xərçəngə yoluxan xalq artisti tanınmaz dərəcədə dəyişib - FOTO

Xərçəngə yoluxan xalq artisti tanınmaz dərəcədə dəyişib - FOTO
Gündəm 27 May 2022 11:21

Xalq artisti Ramiz Novruz artıq çəki itirməsi ilə diqqət çəkib.

Sitat.info olay-a istinadən xəbər verir ki, məşhur aktyorun son halını vizajist qızı Şəfəq Novruz instaqram hesabında paylaşıb. O, atasını ad günü münasibətilə təbrik edib və səhhətinin yaxşı olduğunu qeyd edib:

"Fəxrim, atam, sənətkarımız, bir az arıqlamısan, amma əsas odur ki, canın sağdı, yanımızdasan, nəfəsin gəlir. Bu bizim üçün böyük bir varlıqdır".

Qeyd edək ki, Xalq artistinin mədə xərçəngindən əziyyət çəkməsi barədə xəbərlər yayılmışdı.