“Rus bölmələrinin sıfıra endirilməsi heç vaxt müzakirə olunmayıb”

“Rus bölmələrinin sıfıra endirilməsi heç vaxt müzakirə olunmayıb”
Gündəm 11 Sentyabr 2025 13:27

“Rusdilli məktəb anlayışı yoxdur. Azərbaycanda ümumtəhsil məktəbləri var, orada rus bölmələri fəaliyyət göstərir”.

Sitat.info xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazirin sözlərinə görə, rus bölmələrinin sıfıra endirilməsi heç vaxt müzakirə olunmayıb:

“Elə olur ki, məktəblərdə tələbat olmadığı və ya keyfiyyətli müəllim olmadığı üçün bu məqamda təbii azalma olur”.