İstanbulun Bəyoğlu bələdiyyəsində əməliyyat: Sədr və 40-dan çox şəxs saxlanılıb

İstanbulun Bəyoğlu bələdiyyəsində əməliyyat: Sədr və 40-dan çox şəxs saxlanılıb
Gündəm 15 Avqust 2025 10:51

 İstanbulun Bəyoğlu bələdiyyəsində korrupsiyaya qarşı keçirilən əməliyyatlar çərçivəsində 40 nəfərdən çox bələdiyyə işçisi saxlanılıb.

Sitat.info xəbər verir ki, saxlanılanlar arasında bələdiyyə sədri İnan Güney də var.

Beləliklə, martın 19-dan bəri İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı keçirilən 8 əməliyyat nəticəsində saxlanılanların sayı 316 nəfərə yüksəlib.