Suriya bu tarixi fürsətdən istifadə etmək istəyir - Fidan

Suriya bu tarixi fürsətdən istifadə etmək istəyir - Fidan
Gündəm 07 Avqust 2025 20:50

Suriyanın şimal-şərqindəki düşərgələrin idarə olunması və təhlükəsizliyi ilə bağlı Suriya hökumətinə lazımi yardımı göstərməyə hazırıq.

Sitat.info xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.

“Suriya xalqı daha yaxşı gələcək qurmaq üçün bu tarixi fürsətdən istifadə etmək istəyir. Suriya hökuməti ölkəni daha təhlükəsiz, daha sabit və firavan etmək üçün eyni vaxtda çoxsaylı problemlərlə mübarizə aparır. Beynəlxalq ictimaiyyət, xüsusən də ABŞ və Avropa ölkələri bu çətinliklərin öhdəsindən gəlmək üçün vacib dəstək verir”, - H.Fidan qeyd edib.