Lökbatanda yanğın törədən şəxs saxlanıldı - Foto

Lökbatanda yanğın törədən şəxs saxlanıldı - Foto
Gündəm 28 İyul 2025 15:12

İyulun 28-də saat 11 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qamışlıq sahədə yanğın törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Sitat.info xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, yanğını törədən 1996-cı il təvəllüdlü Kənan Aslanov saxlanılıb. Həmin şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunverciviliyə uyğun tədbir görülüb.