Buzovna sahilində bir nəfər batdı - Axtarış aparılır

Buzovna sahilində bir nəfər batdı - Axtarış aparılır
Gündəm 23 İyul 2025 20:30

 

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində dənizdə 1 nəfər batıb.

Sitat.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Nazirliyin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar", - deyə məlumatda qeyd olunub.