Xəbərdarlıq: Sabah qızmar diskomfort hava gözlənilir

Xəbərdarlıq: Sabah qızmar diskomfort hava gözlənilir
Gündəm 14 İyul 2025 20:22

Abşeron yarımadasında iyulun 15-də durğun və qızmar diskomfort hava şəraiti gözlənilir.

Sitat.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə sabahkı hava əhali üçün əlverişsizdir.

"Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil", - məlumatda bildirilib.