“20 yanvar” metrostansiyası yaxınlığında yanğın

“20 yanvar” metrostansiyası yaxınlığında yanğın
Gündəm 07 İyul 2025 18:15

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Sitat.info xəbər verir ki,FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib. 

Yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.