Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar
Gündəm 03 İyul 2025 22:36

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar.

Sitat.info xəbər verir ki, dövlət başçıları əvvəlcə xatirə şəkli çəkdirdilər.

Bildirildi ki, hazırda abidədə Azərbaycan dövləti tərəfindən bərpa işlərinə başlanılıb.

 

Sitat.info