İsrail atəşkəsin pozulmasına cavab verəcək - Katz

İsrail atəşkəsin pozulmasına cavab verəcək - Katz
Dünya 24 İyun 2025 12:26

İsrail atəşkəsin pozulmasına Tehranın mərkəzindəki hədəflərə güclü zərbələr endirməklə cavab verəcək.

Sitat.info xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrail Katz deyib.

"İsrail ordusuna Tehranın mərkəzindəki rejim hədəflərinə zərbələri gücləndirməklə İranın atəşkəsi pozmasına qətiyyətlə cavab verməyi tapşırdım", - Katz bildirib.

Qeyd edək ki, bu gün İran tərəflər arasında əldə olunan atəşkəsdən cəmi bir neçə saat sonra İsrailə raket hücumu etmişdi.