Xameneinin harda gizləndiyini bilirik, asan hədəfdir - Tramp

Xameneinin harda gizləndiyini bilirik, asan hədəfdir - Tramp
Gündəm 17 İyun 2025 20:47

Biz “ali rəhbər” adlanan şəxsin harada gizləndiyini dəqiq bilirik. O, asan hədəfdir, amma orada təhlükəsizdir – biz onu öldürmək fikrində deyilik, ən azı hələlik.

Sitat.info xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə yazıb.

“Ancaq biz raketlərin mülki şəxslərə və ya Amerika əsgərlərinə atılmasını istəmirik. Səbrimiz tükənir", - o qeyd edib.