İsrailin son 3 zərbəsi İranda 73 qadın və uşağın həlak olması ilə nəticələnib – İran XİN

İsrailin son 3 zərbəsi İranda 73 qadın və uşağın həlak olması ilə nəticələnib – İran XİN
Gündəm 16 İyun 2025 09:58

İsrailin son üç hava hücumu nəticəsində 73 qadın və uşaq həlak olub.

Sitat.info  xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi X hesabında yazıb: "İsrail təbliğatı yaşayış binalarına zərfər vurmadığını iddia edir. Reallıqda isə Tehrana son üç hava hücumunda 73 qadın və uşaq həlak olub".

O qeyd edib ki, Şəhid Çamran şəhərində yaşayış binasının uçması nəticəsində həlak olan 20 uşaqdan 10-nun meyiti dağıntılar altındadır./Musavat