Nəzarətsiz ərazidə çimən tələbə boğulub öldü

Nəzarətsiz ərazidə çimən tələbə boğulub öldü
Gündəm 02 İyun 2025 19:30

Astarada tələbə dənizdə boğulub ölüb.

Sitat.info-nun məlumatına görə, hadisə şəhər ərazisindəki nəzarətsiz çimərlikdə olub.

Belə ki, Lerik rayon sakini Tunar Taleh oğlu Qafarov dənizdə dostları ilə çimərkən boğulub.

Onun Astarada kollecdə oxuduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.