Hindistan və Pakistan arasında atəşkəs əldə olundu

Hindistan və Pakistan arasında atəşkəs əldə olundu
Gündəm 10 May 2025 16:45

Hindistan və Pakistan atəşkəs barədə razılığa gəlib.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu haqda Hindistan Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Atəşkəs razılaşmasının əldə olunması barədə məlumatı Pakistanın baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar təsdiqləyib.

Atəşkəs Bakı vaxtı ilə 15:30-da qüvvəyə minib.