Bu gün Bakıda hava necə olacaq?

Bu gün Bakıda hava necə olacaq?
Gündəm 05 May 2025 08:59

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecə və səhər bəzi yerlərdə yağış yağacaq.

Milli Hidrometeorologiya Xidmətindən Sitat.info-ya verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq, şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.