ABŞ-də təyyarə alovlandı, sərnişinlər təxliyə edildi

ABŞ-də təyyarə alovlandı, sərnişinlər təxliyə edildi
Gündəm 21 Aprel 2025 21:00

ABŞ-nin Florida ştatında təyyarə havaya qalxmazdan bir neçə dəqiqə əvvəl alovlanıb.

Sitat.info xəbər verir ki, bu haqda “The Sun” nəşri məlumat yayıb.

Bildirilib ki, sərnişinlər təcili sürüşmələrdən istifadə edərək təyyarədən təxliyə olunublar.

Məlumata görə, Orlandodan Atlantaya gedəcək olan sərnişinlər səhər saatlarında yola düşəcəklər.