İran və Tacikistanın müdafiə nazirləri görüşdü

İran və Tacikistanın müdafiə nazirləri görüşdü
Gündəm 15 Aprel 2025 14:50

 

İranın müdafiə naziri, briqada generalı Əziz Nəsirzadə tacikistanlı həmkarı İmaməli Sabirzadeni Tehranda qəbul edib.

Sitat.info xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, bu, İran Prezidenti Məsud Pezeşkianın prezident seçilməsindən sonra Tacikistan müdafiə nazirinin ilk rəsmi səfəri və görüşü hesab olunur.

Görüş zamanı Nəsirzadə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, siyasi, təhlükəsizlik və iqtisadi münasibətlərin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.