Le Pen həbsindən danışdı: Atom bombası...

Le Pen həbsindən danışdı: Atom bombası...
Gündəm 01 Aprel 2025 17:50

Fransanın sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen ona verilən cəzanı atom bombası ilə müqayisə edib.

Sitat.info xəbər verir ki, Le Pen bu barədə partiya üzvləri qarşısında çıxışında deyib.

Le Penin sözlərinə görə, Fransa hakimiyyəti onun 2027-ci ildə keçiriləcək prezident seçkisində iştirakına mane olmaq üçün buna əl atıb:

“Sistem atom bombası əldə etdi. O bizə qarşı belə güclü silahdan istifadə edirsə, bu, açıq-aşkar ona görədir ki, seçkidə qalib gəlmək ərəfəsindəyik”.