Azər Quliyev yüksək vəzifəyə TƏYİN OLUNDU

Azər Quliyev yüksək vəzifəyə TƏYİN OLUNDU
Gündəm 17 Mart 2025 14:45

"Bakı Metropoliteni" QSC-nin Reklam Departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olub.

Sitat.info  "qaynarinfo.az"a istinadla xəbər verir ki, bu vəzifə Azər Quliyevə həvalə edilib.

O, bundan əvvəl "Azerconnect Group"da Ticarət Marketinqi üzrə Mütəxəssis vəzifəsində çalışıb. Bundan başqa A.Quliyev uzun illər "Azerfon" MMC-də (Nar) işləyib.

Qeyd edək ki, "Bakı Metropoliteni"nin sədri Vüsal Aslanovdur.