Ərdoğandan qərar: Satışına qadağa qoydu!

Ərdoğandan qərar: Satışına qadağa qoydu!
Gündəm 15 Mart 2025 15:36

Türkiyədə bundan sonra zərgərlər kəsilmiş qızılları sata bilməyəcəklər.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.

Qərar artıq “Rəsmi qazete”də dərc edilib.

Qeyd edək ki, əvvəllər kəsilmiş qızıllar zərgərlə alıcı arasında etimada əsaslanaraq karatla satılırdı. Lakin bəzi bədxah satıcılar ucbatından kəsilmiş qızıllarda karat problemləri yarandı və bu da, standartları pozurdu. Belə hal sonradan aşkar edildikdə həmin qızılları ucuz qiymətə satmağa məcbur olurdular.