ABŞ Uyğurlara görə sanksiya tətbiq etdi

ABŞ Uyğurlara görə sanksiya tətbiq etdi
Gündəm 15 Mart 2025 14:42

ABŞ ən azı 40 uyğurun Çinə deportasiyasında iştirakına görə, Tayland rəsmilərinə qarşı sanksiyalar tətbiq edildiyini elan edib.

Sitat.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

Vaşinqtonun fikrincə, bu müsəlman qrupunun nümayəndələri Çində təqiblərlə üzləşə bilər.

Dövlət Departamenti bəyan edib ki, uyğurların və digər qrupların Çinə zorla qaytarılması cəhdlərinə qarşı mübarizə aparmaq niyyətindədir.