Şimal dənizində yük gəmisi ilə tanker toqquşdu

Şimal dənizində yük gəmisi ilə tanker toqquşdu
Gündəm 10 Mart 2025 18:24

Şimal dənizinin Böyük Britaniya sahillərində tanker və yük gəmisi toqquşub.

Sitat.info xəbər verir ki, bu barədə Britaniya Sahil Mühafizə Xidməti məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtlıa saat 09:48-də (Bakı vaxtı ilə 13:48) Kinqston-Apon-Hall şəhəri yaxınlığında baş verib.

Tankerdə yanğının başlanıldığı bildirilir.

Hadisə yerinə xilasedici qayıqlar və helikopterlər cəlb olunub.

Əlavə məlumat verilməyib.