Putinlə dolların gücünü müzakirə etdim - Tramp

Putinlə dolların gücünü müzakirə etdim - Tramp
Gündəm 12 Fevral 2025 22:36

Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apardım. Ukraynadakı böhran və Yaxın Şərqdəki vəziyyəti müzakirə etdik.

Sitat.info  xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social” şəbəkəsində yazıb.

“Rusiya Prezidenti Vladimir Putinlə indicə uzun və çox məhsuldar telefon danışığım oldu. Biz Ukrayna, Yaxın Şərq, enerji, süni intellekt, dolların gücü və digər mövzuları müzakirə etdik", - Tramp bildirib.

Qeyd edək ki, Trampla Putinin telefon danışığı az öncə baş tutub.