Bayden təsdiqlədi: ABŞ Avropaya minlərlə hərbçi göndərəcək

Bayden təsdiqlədi: ABŞ Avropaya minlərlə hərbçi göndərəcək
Dünya 02 Fevral 2022 20:48

ABŞ prezidenti Co Bayden Şərqi Avropaya əlavə hərbi qüvvələrin göndərilməsini təsdiqləyib. Bu barədə CNN ABŞ Administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.  Mənbələr bildirib ki, qoşunların köçürülməsi yaxın günlərdə baş tutacaq.  CNN-in mənbələrinə görə, Polşada 2 min, Rumıniya da daxil olmaqla NATO-nun cənub-şərq cinahında daha bir neçə min hərbçi yerləşdiriləcək.  Pentaqonun yaxın vaxtlarda əlavə qüvvələrin yerləşdirilməsi barədə rəsmi açıqlama yayacağı gözlənilir.  “The Wall Street” jurnalı 3000-dən çox əsgərin avropalı müttəfiqlərlə həmrəylik nümayişi üçün göndəriləcəyini yazıb. Onlardan təxminən 2000-i Fort Braqqdan Polşa və Almaniyaya, daha 1000 əsgər isə Almaniyadan Rumıniyaya göndəriləcək. Bunun həftəsonunadək baş tutacağı bildirilib.