Türkiyədə mədəndə partlayış baş verdi

Türkiyədə mədəndə partlayış baş verdi
Gündəm 23 Yanvar 2025 18:48

Türkiyənin Elazığ bölgəsinin Alacakaya ilçəsində mədəndə partlayış baş verib.

Sitat.info xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Parlayış nəticəsində iki mədən işçisinin dağıntılar altında qaldığı bildirilir.

Hazırda işçilərin mədəndən çıxarılması istiqamətində işlər görülür.