Putin: Tramp administrasiyası ilə dialoqa açığıq!

Putin: Tramp administrasiyası ilə dialoqa açığıq!
Gündəm 20 Yanvar 2025 19:15

Rusiya Ukrayna münaqişəsi ilə bağlı ABŞ-ın yeni administrasiyası ilə dialoqa açıqdır. 

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında bildirib.

"Biz həmçinin Ukrayna münaqişəsi ilə bağlı ABŞ-ın yeni administrasiyası ilə dialoqa açığıq. Burada ən vacib məsələ böhranın köklü səbəblərini aradan qaldırmaqdır ki, bu barədə dəfələrlə danışmışıq. Bu, ən vacib məsələdir", - dövlət başçısı bildirib.