1056-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi

1056-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Gündəm 14 Yanvar 2025 19:15

Rusiya müharibənin 1056-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 652 təyyarəsi, 283 helikopteri, 40 395 PUA-sı, 590 zenit-raket kompleksi, 20 526 tank və digər zirehli texnikası, 1 508 reaktiv yaylım atəş sistemi, 20 569 artilleriya və minaatanı, 30 255 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.