Ukraynadakı müharibə iqtisadi artımı yavaşladacaq - Qeyts

Ukraynadakı müharibə iqtisadi artımı yavaşladacaq - Qeyts
Dünya 09 May 2022 17:49

 

Ukraynadakı hadisələr səbəbindən dünya iqtisadiyyatının artım tempi azala bilər.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu “Maykrosoft”un yaradıcısı Bill Qeyts deyib.

“Münaqişə pandemiyaya əlavə olaraq, dövlət borcunun səviyyəsinin çox yüksək olduğu və təchizat zəncirləri ilə bağlı bəzi problemlərin mövcud olduğu bir vaxtda baş verdi. Bu, sonda iqtisadi artımın yavaşlamasına gətirib çıxaracaq”, - Qeyts bildirib.