Kiyevə pis xəbər: silah tədarükü üzrə əsas şəxs getdi

Kiyevə pis xəbər: silah tədarükü üzrə əsas şəxs getdi
Gündəm 08 Yanvar 2025 19:00

ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Laura Kuper istefa verib.

Sitat.info xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

Nəşr bildirir ki, xanım Kuper Rusiya hərbi əməliyyatları başlayandan bəri Amerikanın Ukraynaya hərbi yardımının çatdırılmasında mühüm rol oynayıb.

Onun işdən çıxarılması Donald Trampın prezident seçkilərində qələbəsi ilə əlaqədar ABŞ Müdafiə Nazirliyində artan narahatlıqla əlaqələndirilir.