"Qarabağ"ın iki oyununa azarkeşlər buraxılmayacaq

\"Qarabağ\"ın iki oyununa azarkeşlər buraxılmayacaq
Gündəm 07 Yanvar 2025 21:10

"Qarabağ” bu həftə keçirəcəyi yoxlama oyunları ilə bağlı azarkeşlərə müraciət edib.

Sitat.info xəbər verir ki, bu barədə klubun açıqlamasında bildirilib.

Qeyd edilib ki, komandanın yanvarın 9-u "Kəpəz", 12-i isə "Zirə" ilə keçirəcəyi yoldaşlıq görüşləri yalnız media nümayəndələri (PFL-in media vəsiqəsi ilə) üçün açıq olacaq.

Hər iki görüş azarkeşlər üçün qapalı keçiriləcək və matçların canlı yayınlanması nəzərdə tutulmur.