Bakıda maşın partladı: xəsarət alan var

Bakıda maşın partladı: xəsarət alan var
Gündəm 04 Yanvar 2025 15:22

 

Bakı şəhəri, Nizami rayonu, Babək prospektində avtomobildə partlayış baş verib.

Sitat.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) Axar.az-a verilən məlumata görə, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq "Şevrolet Kobalt" markalı avtomobildə quraşdırılmış həcmi 200 litr olan qaz balonunda baş vermiş ani partlayışla əlaqədar yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış avtomobilin sürücüsü İlqar Rzayev təcili tibbi yardım briqadasına təhvil verilib.