Rusiya təyyarəsi Daşkəndə məcburi eniş etdi

Rusiya təyyarəsi Daşkəndə məcburi eniş etdi
Dünya 30 Dekabr 2024 11:10

Fərqanədən Moskvaya uçan “Aeroflot”a məxsus təyyarə sərnişinin səhhəti pisləşdiyi üçün Daşkənd beynəlxalq hava limanına məcburi eniş edib.

Sitat.info xəbər verir ki, bu barədə "Uzbekistan Airports" məlumat yayıb.

Qeyd olunur ki, sərnişin Daşkənddəki tibb müəssisələrindən birinə insult ehtimalı ilə xəstəxanaya yerləşdirilib, təyyarə isə Moskvaya uçub.