İranda daha dörd məhbus edam edildi

İranda daha dörd məhbus edam edildi
Gündəm 11 Dekabr 2024 11:33

İranda İnsan Haqları Təşkilatı xəbər verib ki, dünən Qum və Dezful zindanlarında dörd məhbus dar ağacından asılıb.

Sitat.info xəbər verir ki, məlumata görə, məhbsulardan üçünün ölüm hökmü Qum, birinin isə Dezful həbsxanalarında həyata keçirilib. Bildirilib ki, asılanlardan ikisi “narkotik qaçaqmalçılığı”nda, ikisi isə “qəsdən adam öldürmə”də günahlandırılıb. Edam cəzası icra edilən dörd nəfərdən biri Əfqanıstan vətəndaşı olub.

Seymur,

Sitat.info