Ərdoğan Təhlükəsizlik Şurasını Suriyaya görə təcili toplayır

Ərdoğan Təhlükəsizlik Şurasını Suriyaya görə təcili toplayır
Gündəm 09 Dekabr 2024 10:41

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Milli Təhlükəsizlik Şurasının toplantısı baş tutacaq.

Sitat.info "Sondakika"ya istinadən xəbər verir ki, məqsəd Suriyada baş verən son hadisələr olacaq.

Toplantıda Əsəd rejimindən sonra Suriyada atıla biləcək siyasi addımlar qiymətləndiriləcək.

Türkiyə xarici işlər naziri Hakan Fidanın Dohada İran və Rusiyanın XİN başçıları ilə keçirdiyi görüş barədə də fikir mübadiləsi aparılacaq.

Aytac,

Sitat.info