Tbilisidəki etiraz aksiyasında polis yaralandı

Tbilisidəki etiraz aksiyasında polis yaralandı
Dünya 29 Noyabr 2024 23:30

Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə keçirilən aksiyada Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşı yaralanıb.

Sitat.info APA-ya istinadla xəbər verir ki, bu barədə qurumun açıqlamasında deyilir.

“Aksiya iştirakçıları işıq dirəklərini və digər avadanlıqlara zərər verib, həmçinin elektrik naqillərini yandırıblar. Polisə naməlum əşyalar atılıb, bir polis yaralanıb”, - məlumatda deyilir.