Koreyalı döyüşçülər Rusiyadakı mövqelərindən qaçdılar

Koreyalı döyüşçülər Rusiyadakı mövqelərindən qaçdılar
Gündəm 15 Oktyabr 2024 18:07

Rusiyanın Şimali Koreya hərbçilərindən ibarət yaratdığı Buryat batalyonunun 18 döyüşçsü Bryansk və Kursk vilayətlərindəki döyüş mövqelərindən qaçıb.

Sitat.info  Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna mətbuatı xüsusi xidmət orqanlarına istinadla məlumat yayıb.

Məlumata görə, hərbçilərin tərk etdikləri mövqeləri Ukrayna sərhədinin 7 kilometrliyində yerləşir.

Şimali koreyalı hərbçilərin qaçma səbəbləri bəlli deyil. Bildirilib ki, artıq onların axtarışına başlanılıb.

Qeyd edək ki, Rusiya ordusunun 11-ci əlahiddə desant-hücum briqadasının bazasında Şimali Koreya vətəndaşlarından ibarət xüsusi Buryat batalyonunun yaradıldığı barədə məlumat verilmişdi