ABŞ və Rusiyanın Ermənistan uğrunda "davası": Zaxarova od püskürdü

ABŞ və Rusiyanın Ermənistan uğrunda \"davası\": Zaxarova od püskürdü
Dünya 08 Avqust 2024 10:10

Zaxarova: ABŞ-ın Ermənistanın Rusiyadan üz döndərmək istəməsi ilə bağlı bəyanatları əsassızdır

 Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi  Mariya Zaxarova deyib ki, ABŞ-ın Ermənistanın Rusiyadan üz döndərmək istəməsi ilə bağlı bəyanatları əsassızdır, Rusiya Federasiyası ilə Ermənistan arasında əsrlər boyu formalaşmış əlaqələr Qərbin onları yorulmadan məruz qoyduğu bütün güc sınaqlarına tab gətirəcək. 

Zaxarova bildirib ki, ABŞ-dan səsləndirilən, Ermənistanın Rusiyadan üz döndərmək istəməsi ilə bağlı əsassız bəyanatlarına gəlincə, bu, amerikalılara xas olan geosiyasi mühəndisliyin növbəti nümunəsidir: "Dünya ictimaiyyətinin gözündə Vaşinqtona lazım olan “reallığı” uydurmaq istəyidir. Əslində baş verənlərlə heç bir əlaqəsi yoxdur.  Ölkələrimiz arasında əsrlər boyu formalaşmış əlaqələr Qərbin onları yorulmadan məruz qoyduğu bütün güc sınaqlarına tab gətirəcək... Tarix boyu biz qardaş erməni xalqı ilə dəfələrlə çiyin-çiynə vermişik və bunu gələcəkdə də etmək niyyətindəyik".

Nərgiz,

Sitat.info