NATO Kiyevə 40 milyard avro ayırmağa razı oldu

NATO Kiyevə 40 milyard avro ayırmağa razı oldu
Dünya 03 İyul 2024 18:15

NATO-ya üzv ölkələr Ukraynaya 40 milyard avro məbləğində hərbi yardımı növbəti ildə də maliyyələşdirməyə razılaşıblar.

Sitat.info əbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

"NATO Baş katibi Yens Stoltenberq üzv ölkələrindən Ukraynaya hərbi yardımı olduğu kimi saxlamağı xahiş edib. Bu da ildə təxminən 40 milyard avro təşkil edəcək. NATO liderləri sazişi gələn həftə Vaşinqtonda imzalayacaqlar”, - məlumatda qeyd olunub.