İsrailin gecə boyu Qəzzaya etdiyi hücumlarda ən azı 12 fələstinli həlak olub
İsrail döyüş təyyarələrinin Qəzza zolağının mərkəzi bölgələrində gecə boyu həyata keçirdiyi hücumlarda azı 12 fələstinli həyatını itirib.
Sitat.info xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, Qəzza zolağının mərkəzi hissəsində Əl-Büreyc Qaçqınlar Düşərgəsinə edilən hücumlarda həyatını itirənlər Deyr əl-Bəlahdakı Əqsa Şəhidləri Xəstəxanasına gətirilib.
İlkin məlumata görə, Büreyc Qaçqınlar Düşərgəsində fələstinli Əs-Sus ailəsinin evini hədəf alan bombalı hücumda 2-si uşaq, 3-ü qadın olmaqla 8 fələstinli həyatını itirib.
İsrail döyüş təyyarələrinin Fələstinli Əl-Hur ailəsinin Büreyc Qaçqınlar Düşərgəsindəki evini bombalaması nəticəsində azı 4 nəfər həyatını itirib.
Kənan Yusif
Sitat.info