Azərbaycanla Özbəkistanın üç şəhəri qardaşlaşdı

Azərbaycanla Özbəkistanın üç şəhəri qardaşlaşdı
Gündəm 21 May 2024 14:10

Azərbaycan və Özbəkistanın üç şəhəri qardaşlaşıb.

Sitat.info xəbər verir ki, bununla bağlı bu gün Qubada keçirilən II Azərbaycan-Özbəkistan regionlararası forumu çərçivəsində sənədlər imzalanıb.

Belə ki, Füzili şəhəri (Azərbaycan) ilə Gülüstan şəhəri (Özbəkistan), Biləsuvar şəhəri (Azərbaycan) ilə Termez şəhəri (Özbəkistan), Mingəçevir şəhəri (Azərbaycan) ilə Namanqan şəhəri (Özbəkistan) arasında qardaşlaşma haqqında sazişlər imzalanıb.