İldırım 12 nəfərin ölümünə səbəb olub

İldırım 12 nəfərin ölümünə səbəb olub
Dünya 17 May 2024 13:32

Hindistanın şərqindəki Qərbi Benqal əyalətində ildırım vurması nəticəsində azı 12 nəfər ölüb.

Sitat.info xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, hadisə əyalətin paytaxtı Kolkatadan 327 km şimalda yerləşən Malda kəndində sakinlərin tarlalarda işlədiyi vaxtda qeydə alınıb.

Ölənlərdən əlavə, bir neçə nəfərin də yaralandığı deyilir.