Ukrayna-Rusiya arasında bu istiqamətlərdə şiddətli döyüş olacaq

Ukrayna-Rusiya arasında bu istiqamətlərdə şiddətli döyüş olacaq
Gündəm 18 Aprel 2022 10:05

“Ölkənin şərqində şiddətli döyüşlərin olacağı gözlənilir”.

Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç “Kanal- 24”-ün efirində deyib.

“Rusiya Silahlı Qüvvələrinin oradakı şəxsi heyətinin sayı sürətli qələbə üçün kifayət etməyəcək. Qoşunlarımız artıq hərəkətə keçiblər. Çətin döyüşlər olacaq. Ən böyük təhlükə Xarkov, Kramatorsk və Slavyanskdakı dinc əhali üçündür. Xarkov sakinlərinə çox diqqətli olmağı tövsiyə edirəm”, - o bildirib.