Qarabağda 172 nəfərə məxsus meyit qalıqları tapılıb

Qarabağda 172 nəfərə məxsus meyit qalıqları tapılıb
Gündəm 30 Aprel 2024 13:42

Hazırkı vaxtadək 18 kütləvi məzarlıq aşkar edilib, həmin kütləvi məzarlıqlardan ən azı 172 nəfərə məxsus meyit qalıqları aşkar edilib.

Sitat.info xəbər verir ki, bunu Baş Prokurorluğun kriminalistika şöbəsinin rəisi Orxan Rzayev aprelin 30-da keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, onlardan 55 nəfərin şəxsiyyəti eyniləşdirilib.