Zoya Zelinskaya vəfat etdi

Zoya Zelinskaya vəfat etdi
Gündəm 29 Aprel 2024 15:21

Rusiyalı məşhur aktrisa Zoya Zelinskaya 95 yaşında vəfat edib.

Sitat.info xəbər verir ki, bu barədə Moskva Satira Teatrından məlumat verilib.

“Rusiyanın xalq artisti Zoya Zelinskaya vəfat edib. Zoya Nikolayevna 1954-cü ildən Satira Teatrında çalışırdı. O, bir çox film və tamaşalarda rol alıb”, - məlumatda qeyd olunub.