Qəzzada ölənlərin sayı 34 mini ötdü

Qəzzada ölənlərin sayı 34 mini ötdü
Dünya 25 Aprel 2024 10:30

Ötən ilin oktyabrından Qəzzada hərbi əməliyyatlar nəticəsində həlak olan sakinlərin sayı artıb.

Sitat.info xəbər verir ki, bununla bağlı anklavın Səhiyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, hücumlarda minlərlə uşaq və qadın olmaqla ölənlərin sayı 34 min 262 nəfərə çatıb.

Yaralıların sayının isə 77 minə çatdığı qeyd olunub.