Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb
Dünya 25 Aprel 2024 11:52

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro məbləğində yardım ayırıb.

Sitat.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

“Bu gün öhdəmizə götürdüyümüz əlavə 1,5 milyard avro Ukraynanın işğalçıya qarşı mübarizə apararkən hökumət hakimiyyətini və əhali üçün əsas xidmətləri saxlamağa davam etməsini təmin edəcək”, - Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen bildirib.