Onların taksi fəaliyyətinə icazə verilməyəcək

Onların taksi fəaliyyətinə icazə verilməyəcək
Gündəm 04 Aprel 2024 14:56

Bəzi sürücülərin taksi fəaliyyətinə icazə verilməyəcək.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək:

"Nəticədə həmin sürücülərin taksi fəaliyyətinə də icazə verilməyəcək", - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib.